Vladimir Bazanov: "Vəziyyət kritik deyil, çempionatı davam etdiririk"

16:16 - 1 Aprel 2020

Belarus Futbol Federasiyasının sədri Vladimir Bazanov ölkə çempionatının COVID-19 pandemiyasına görə dayandırmaq fikrində olmadıqlarını açıqlayıb.

 

Sportal.az pressbol.by saytına istinadən xəbər verir ki, qurum rəsmisi stadionlarda koronavirusa qarşı tədbirlər görüldüyünü deyib:

 

“Vəziyyət kritik deyil, çempionatı davam etdiririk. İkinci turda 500 litr antiseptik aldılar və stadionlara apardılar. Əsas olan insanların bunu anlamasıdır. Əllərini yumalı, tez-tez antiseptik istifadə etməli və asqırmamalıdırlar. UEFA və FFFA bizə təzyiq etmir. Kritik vəziyyət yaranarsa, çempionatı dayandıracağıq”.

Xəbər xətti