Azərbaycan yığması reytinqdə mövqeyini qorudu

13:13 - 9 Aprel 2020

FIFA milli komandaların yeni reytinq sıralamasını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, koronavirus pandemiyasına görə oyunlar ləğv edildiyi üçün cədvəldə ciddi dəyişiklik baş verməyib. Lixtenşteyn və Malta ilə oyunları ləğv edilən Azərbaycan yığması 1177 xalla 114-cü yerdəki yerini qoruyub.

 

Millətlər Liqasında yığmanın rəqibləri olan Monteneqro 64-cü, Kipr 95-ci, Lüksemburq 98-ci pillədə yer alıb.

 

Reytinq cədvəlinə Belçika başçılıq edir. Fransa 2-ci, Braziliya 3-cüdür.

Xəbər xətti