Holandın keçmiş komanda yoldaşı: "Ona gülürdük"

00:16 - 13 Aprel 2020

Fransanın "Tuluza" klubunun futbolçusu Ruben Qabrielsen bu mövsüm "Zalsburq" və Dortmund "Borussiya"sındakı oyunu ilə diqqət mərkəzinə düşən Erlinq Holand barədə danışıb.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı norveçli müdafiəçi Holandla "Molde"dəki günlərindən danışıb:

 

"Norveçdə Holandla birgə oynamışam. Bir qarşılaşmadan əvvəlki həftə ərzində məşqlərdə qol vurmadı. Ona gülürdük. Meydana çıxacağını eşidəndə təəcüblənib, öz-özümə düşündüm ki, bu adamla necə oynayacağıq? Ancaq 50-ci dəqiqəyə kimi 4 qol vurdu".

 

Norveçli hücumçu Erlinq Holand 2017/18 mövsümündə "Molde"də 50 oyun keçirib, 20 qol vurub.

 

Qabrielsen gənc ulduzun "Molde"yə gəldiyi ilk günləri də yada salıb:

 

"Gələndə balaca uşaq idi. Düzünü deməliyəmsə, yaxşı səviyyədə deyildi. Bu durum zədələnməsindən sonra dəyişdi. Çünki geri dönəndə böyüyüb, div kimi olmuşdu. Sanki başqa bir heyvan idi. Holand həmin zamanlar bir şey öyrəndi: çətin zamanlar gələndə daha çox çalışmalısan".

Xəbər xətti