Şotlandiyada aşağı liqalara yekun vuruldu

12:12 - 16 Aprel 2020

Şotlandiyada koronavirus pandemiyasına görə I, II və III Liqalara yekun vurulub.

 

Sportal.az xəbər verir ki, federasiya Çempionşipdə (I Liqa) "Dandi Yunayted"in qalib elan edib. II Liqada "Reyt Rovers", III Liqada isə "Kouv Reyncers" çempion olub.

 

Şotlandiya Premyer Liqasının isə iyunda bərpa ediləcəyi gözlənilir.

Xəbər xətti