Meksikada 5 mövsüm aşağı liqaya düşən olmayacaq

10:51 - 19 Aprel 2020

Meksika çempionatında klublar 5 mövsüm ərzində aşağı liqaya düşməyəcək.

 

Sportal.az xəbər verir ki, liqanın prezideti Enrike Bonilya çempionatdakı 18 klub prezidentinin iştirakı ilə videokonfrans keçirib. Koronavirusa görə yaranan maliyyə probleminə görə klubların 5 mövsüm yüksək liqada qalmasına qərar verilib.

 

Qərarla razılaşan və vəzifəsi gənc futbolçuları üzə çıxarmaq olacaq ikinci liqa klublarına 5 mövsüm ərzində hər il 845 min dollar köməklik ediləcək.

 

Bundan əlavə, Meksikada 2-ci liqa ləğv edilib və çempion müəyyənləşdirilməyib.

Xəbər xətti