İspaniyada oyunlar ilin sonuna qədər azarkeşsiz keçiriləcək

İspaniya höküməti koronavirusa görə dayandırılan yerli futbol liqaları ilə bağlı qərar verməyə hazırlaşır.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, hökümət La Liqanın prezidenti Xavyer Tebasa ilin sonuna qədər oyunların azarkeşsiz keçiriləcəyini çatdırıb.

 

İspaniya La Liqası və Sequndasında oyunların azarkeşsiz keçirilməsi klubları maliyyə böhranı ilə üz-üzə qoyacaq.

 

Qurum rəhbəri bununla bağlı danışıb: "Klub meydana çıxmasa texniki məğlubiyyət alacaq. Ancaq klublar oyanamağa razı olduqlarını, amma futbolçuların meydana çıxmaq istəmədiyini desə, oyunçulara sanksiyalar tətbiq olunacaq. Mövsüm erkən bitsə, 1 milyard avro itirə bilərik. Oyunlar azarkeşsiz keçirilsə, 350 milyon avro itkimiz olacaq".

Tarix: 25 Aprel [15:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Dekabr 2020
3  Dekabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio