"Barselona" COVID-19 testindən keçdi

23:29 - 6 May 2020

"Barselona"nın futbolçuları və məşqçi heyəti koronavirus testindən keçmək üçün klubun bazasına gəlib.

 

Sportal.az xəbər verir ki, koronavirus testindən sonra futbolçulara məşqə çıxmaq üçün bioloji parçadan hazırlanan məşq çantası verilib.

 

Testlər neqativ çıxsa, katalonlar hazırlığa başlayacaq. Komandada zədəsi olan Usman Dembele test verməyib.

Xəbər xətti