“Neftçi”də müqaviləsi bitəcək futbolçularla bağlı qərar verildi

“Neftçi”də müqavilə müddəti mövsümün sonuna qədər olan futbolçuların hamısı komandada saxlanıla bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə Bakı klubunun baş məşqçisi Füzuli Məmmədov məlumat verib. 43 yaşlı çalışdırıcı sözləşməsi gələn ay bitəcək 7 futbolçunun – Emin Mahmudov, Aqil Məmmədov, Tural Axundov, Baqali Dabo, Soni Mustivar, Evangelos Platellas və Vild-Donald Geryenin gələn mövsüm də komandada qalmasının tərəfdarıdır.

 

Məmmədov koronavirus pandemiyası səbəbindən dayandırılan Premyer Liqanın bərpasından sonra rəhbərliklə bu barədə görüş keçirəcəyini söyləyib: “Müqavilə müddəti bitənlərin hamısı keyfiyyətli futbolçulardır. Onların hər biri "Neftçi"yə lazımdır. Şəxsən mən adıçəkilən oyunçuların komandada qalmasını istəyirəm. Ancaq bu barədə qərar rəhbərliklə futbolçular arasında aparılacaq danışığa əsasən veriləcək. Mən onların qalmasını istəyəcəyəm” (apasport.az).

 

Emin Mahmudov və Vild-Donald Gerye “Qarabağ”ın maraq dairəsindədirsə, Evangelos Platellasın ölkəsi Yunanıstana qayıtması istisna olunmur.

Tarix: 7 May [23:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 May 2020
24  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio