"Qızıl buts" Mbappenin oldu

Koronavirus pandemiyasına görə başa çatdırılan Fransa I Liqasının bombardiri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, çempionatın ən sərrast futbolçusu aktivində 18 qol olan PSJ-nin hücumçusu Kilian Mbappe olub. O, çempionatın "qızıl buts" mükafatını qazanıb.

 

"Monako"nun hücumçusu Vissam Ben Yedder də 18 qol vurub. Lakin fransız futbolçu bu qollardan 3-nü penaltidən rəqib qapısından keçirib. "Lion"un forvardı Mussa Dembele 16 qolla 3-cü olub.

Tarix: 8 May [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 İyun 2020
4  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio