Maldini: "Ranqnik hörmət etməyi öyrənməlidir"

12:32 - 12 May 2020

"Milan" ın idman direktoru Paolo Maldini alman mütəxəssis Ralf Ranqnikin kluba gəlişi ilə bağlı yayılan dedi-qodulara münasibət bildirib.

 

Sportal.az ANSA agentliyinə istinadla xəbər verir ki, italiyalı funksioner "Leyptsiq"in idman direktoru ilə danışıq aparmadığını deyib:

 

"Mən Ranqniklə danışmamışam. Onun açıqlamasından xəbərdaram və bunun nəyə söykəndiyini anlamıram. Rəhbərlər də mənə nəsə deməyib. Ranqnikə tövsiyəm var: italyanca öyrənməmişdən əvvəl ümumi hörmət anlayışlarını yenidən nəzərdən keçirsin. Çünki klubda onun həmkarları var. Onlar çətin keçən mövsümü peşəkar şəkildə başa vurmağa çalışır".

 

Ralf Ranqnik "Bild"ə açıqlamasında "Milan" rəhbərliyi ilə baş məşqçi postu üçün danışıq apardığını açıqlamışdı.

 

Xəbər xətti