"Biz də başlaya bilərik" - Premyer Liqanın bərpası ilə bağlı

12:38 - 20 May 2020

İngiltərə Pemyer Liqasının idarə heyətinin sədri Riçard Maters çempionatı davam etdirmək istədiklərini bildirib.

 

Sportal.az xəbər verir ki, Almaniya Bundesliqasının davam etdirilməsindən sonra cəsarətləndiklərini deyib:

 

"Almanlar bizdən öncə vacib addımlar atdı. Bundesliqanı izləməklə nümunə götürə bilərik. Onların uğur bizə inam verəcək. Bundesliqanın bərpası bizə yardımçı oldu və həm də düşünürük ki, biz də bacararıq".

 

İngiltərə Premyer Liqasında məşqlərə icazə verilib. Ötən gün "Uotford"un 31 yaşlı hücumçusu Troy Dineh hazırlığa qatılmaqdan imtina etdiyini demişdi:

 

"Bu həftə məşqə başlayacağımızı bildirdilər. Mən məşqlərdə iştirak etməyəcəyimi klub rəhbərliyinə çatdırdım. Bir nəfərin oronavirus olması mənim pandemiyanı evimə aparmağıma kifayət edəcək. 5 aylıq oğlum üçün təhlükə yaratmayacağam. Eyni çirkli paltarlarla evə gedəcəyik. Oğlum və həyat yoldaşımın olduğu evə bəlkə də virusa yoluxmuş paltarla daxil olacağam. Ailəmi qorumaq, qazanacağım puldan daha vacibdir".

Xəbər xətti