İspaniya La Liqasında gələn mövsümün start vaxtı açıqlandı

14:01 - 29 May 2020

İspaniya Peşəkar Futbol Liqasının rəhbəri Xavyer Tebas La Liqada 2020/2021 mövsümünün başlayacağı vaxtı açıqlayıb.

 

Sportal.az xəbər verir ki. qurum rəsmisi yeni mövsümə sentyabrın 12-də start veriləcəyini deyib: 

 

"Mövsümü iyunun 11-i bərpa edəcəyik. La Liqada 130-dan çox insan təşkilat üzərində çalışır. Biz hazırıq və əsas vəzifəmiz bu mövsümü bitirməkdir. Gələn mövsümə isə sentyabrın 12-dən başlayacağıq".

Xəbər xətti