Müqaviləsi başa çatacaq oyunçular "Keşlə"də qalacaq? - "Futbolçular çempionatın bərpasına köklənib"

Bərpa edilməsinə qərar verilən Azərbaycan Premyer Liqasında mövsümə iyulun 29-u yekun vurulacaq. Bu səbəbdən klublar müqaviləsi iyunun 30-da bitəcək futbolçuları komandada qalmağa razı salmağa çalışır.

 

"Keşlə"də isə müqaviləsi iyunun 30-u başa çatacaq futbolçularla bağlı hələ qərar verilməyib. Bu barədə Sportal.az-a açıqlamasında klubun mətbuat katibi Murad Axundov məlumat verib:

 

"Hələ bu barədə məlumat yoxdur. İndidən nəsə deyə bilmərəm. Futbolçularımızın hamısı məşqlərə və çempionatın bərpasına köklənib. Yenilik olsa, məlumat veriləcək".

 

Klub rəsmisi 2 ay əvvəl ölkəsi Moldovaya yollanan Stanislav Namaşkonun vəziyyəti barədə də danışıb:

 

"Namaşko hazırda ölkəsindədir. Çalışırıq ki, hüquqi yollarla onu qaytaraq".

 

Paytaxt klubunda heyətin əksər üzvünün müqaviləsi iyunun 30-u başa çatır.

Tarix: 2 İyun [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio