"Çempionluğa ən böyük namizədik" - "Trabzonspor"un prezidenti

17:24 - 2 İyun 2020

"Trabzonspor"un prezidenti Ahmet Ağaoğlu "Milliyet" nəşrinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub rəhbəri davam etdirilməsinə qərar verilən Super Liqada çempionluöa ən real namizəd olduqlarını deyib:

 

"Çempionluğa ən böyük namizəd bizik. Həsrətini çəkdiyimiz çempionluğa 8 tur qaldı. Qalib olsaq, Çempionlar Liqasına bu heyətlə gedəcəyik. Heyətimizin xərclərini 40 milyondan 16,5 milyon avroya salmışıq. Növbəti mövsümdə də bu tempdə davam edəcəyik. Digər böyük klublarla müqayisədə borcumuz daha azdır. Yetişdirdiyimiz futbolçulardan hər mövsüm birini satsaq, xərclərimiz qarşılanır. Oyunçu satmaqla xərclərimizi qarşılaya bilirik".

 

Türkiyə Super Liqasında 26 turdan sonra 53 xalı olan "Trabzonspor" 1-cidir. Eyni xala malik olan "Başakşəhər" 2-ci, "Qalatasaray" 50 xalla 3-cü, "Sivasspor" 49 xalla 4-cüdür.

Xəbər xətti