UEFA-dan "Trabzonspor"a 1 illik cəza

22:49 - 3 İyun 2020

UEFA "Trabzonspor"u 1 illik avrokuboklardan kənarlaşdırıb.

 

Sportal.az qurumun saytına istinadla xəbər verir ki, buna klubun maliyyə feyr-pley qaydalarını pozması səbəb olub.

 

Türkiyə klubu 2020/2021 və ya 2021/2022 mövsümlərindən birində UEFA-nın bayrağı altında keçirilən turnirlərə qatıla bilməyəcək.

 

Türkiyə Super Liqasında 26 turdan sonra 53 xalı olan "Trabzonspor" 1-cidir.

Xəbər xətti