Ruben Selyes: "Azərbaycana qayıtmaq hər zaman xoş olacaq"

08:50 - 5 İyun 2020

Danimarkanın "Orxus" klubundan ayrılan "Qarabağ"ın keçmiş məşqçisi Ruben Selyes yenidən Ağdam klubunda işləyib-işləməyəcəyi barədə danışıb.

 

Sportal.az-a danışan 36 yaşlı mütəxəssis ölkəmizdə işləməyin hər zaman onun üçün xoş olduğunu deyib:

 

"Azərbaycana qayıtmaq mənim üçün hər zaman xoş olacaq. Ancaq Danimarkada mövsüm bitəndən sonra İspaniyaya qayıtmağı planlaşdırıram. Orada fərqli bir iş olacağını bilmirəm. Nələr baş verəcəyi barədə sizi məlumatlandıracağam".

 

Selyes 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da məşqçi kimi çalışıb. İspan mütəxəssis 2018-ci il yanvarın 1-dən "Orxus"da çalışırdı.

Xəbər xətti