Futbolçunun ölümündə günahlandırılan həkim həbs edildi

Rumıniyalı həkim Elena Duta Buxarest "Dinamo"sunun yarımmüdafiəçisi Patrik Ekenqin ölümü ilə əlaqədar bir il yarım həbs cəzasına məhkum edilib. Bu barədə Rumıniya məhkəməsi qərar qəbul edib.

 

Sportal.az xəbər verir ki, keçmiş kamerunlu yarımmüdafiəçi 2016-cı ilin mayında Rumıniya çempionatının matçında huşunu itirdiyi üçün xəstəxanaya aparılmışdı. Təcili tibbi yardımla xəstəxanaya aparılan futbolçu 2 saat sonra ölmüşdü. Səbəb kimi isə ürək çatışmazlığı göstərilmişdi.

 

Elena futbolçunu xəstəxanaya çatdıran təcili tibbi yardımın həkimi olub. O, futbolçunun ölümündə günahlandırılıb. İttihama görə, Elena oyunçunu canlandırmağa çalışmayıb. Həbsdən əlavə, o, Rumıniyada 60 gün ictimai işlər görəcək və 200 min avro cərimə ödəyəcək.

 

Futbolçunun ölümündən sonra "Dinamo" 14 nömrəni əbədiləşdirmişdi.

Tarix: 5 İyun [14:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio