Avrokuboklarda yeni mövsümün başlayacağı vaxt müəyyənləşdi

15:15 - 17 İyun 2020

Çempionlar Liqası və Avropa Liqasında yeni mövsümün start vaxtı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının təsnifat yarışları avqustun 18-19-da başlayacaq. Çempionlar Liqasında isə yeni mövsümün ilkin mərhələsi avqustun 25-26-da start götürəcək.

 

Təsnifat oyunlarında cavab görüşləri olmayacaq. Ev sahibi komanda püşk yolu ilə müəyyənləşəcək.

Xəbər xətti