Mertens "Napoli"də qaldı

22:22 - 17 İyun 2020

"Napoli" hücumçusu Dris Mertensin mövsümün sonunda başa çatacaq müqaviləsini uzadıb.
 
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu ilə 2022-ci il iyunun 30-dək yeni sözləşmə imzalanıb. Bu müddət başa çatdıqdan sonra Neapol təmsilçisi belçikalı futbolçunun müqaviləsini daha bir il uzatmaq imkanına sahibdir.
 
Mertens bu mövsüm İtaliya A Seriyasında 21 oyunda 6 qol vurub, 5 assist edib.
 

Xəbər xətti