"Qarabağ"ın Çempionlar Liqasında yer alacağı səbət müəyyənləşdi

11:11 - 19 İyun 2020

Yeni mövsüm Çempionlar Liqasında iştirak edəcək "Qarabağ"ın yer alacağı səbət bəlli olub.

 

Sportal.az xəbər verir ki, 21 min xalı olan Ağdam təmsilçisi səpələnmiş səbətdə olacaq. "Köhlən atlar"ın birinci təsnifat mərhələsindəki rəqibi aşağı reytinq xalına malik komanda olacaq.

 

I təsnifat mərhələsində mübarizə aparacaq 34 komandada 24-ü məlumdur. Komandalar 2 səbətə bölünəcək və hər siyahıda 17 komanda yer alacaq.

 

Səpələnmiş səbətdə "Qarabağ"la yanaşı, "Seltik" (Şotlandiya), "Astana" (Qazaxıstan), "Srvena Zvezda" (Serbiya), "Molde" (İsveç), "Şerif" (Moldova), "Ferentsvaroş" (Macarıstan", "Dandolk" (Şimali İrlandiya) klubları da yer alacaq.

 

"Suduva" (Litva), "Riqa" (Latviya), "Konnah" (Uels), "Klaksvik" (Farer adaları), "Europa" (Cəbəllütariq), "KuPS" (Finlandiya), "Reykyavik" (İslandiya), "Floriana" (Malta), "Dinamo" (Brest, Belarus), "Dinamo" (Tbilisi, Gürcüstan), "Flora Tallin" (Estoniya), "Yurqoden" (İsveç), "Omoniya" (Kipr), "Vardar" (Şimali Makedoniya) və "Sarayevo" (Bosniya və Herseqovina) klublarının hansı səbətdə yer alacağı dəqiq bilinmir. Ancaq bu komandalardan çoxu səpələnməmişlər səbətində yer alıb, "Qarabağ"a potensial rəqib olacaq.

 

İsrail, Slovakiya, Sloveniya, Albaniya, Ermənistan, Bolqarıstan, Monteneqro, Polşa, Rumıniya çempiontlarında qalib müəyyənləşdikdən sonra səbəbtlərin dəqiq bölgüsü müəyyənləşəcək. I təsnifat mərhələsinin 34-cü komandası isə ilkin mərhələdən gələcək.

Xəbər xətti