“Qarabağ”ın mükafatlandırılma mərasimi keçiriləcək

11:39 - 20 İyun 2020

Bu gün “Azersun Arena”da Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün çempionu “Qarabağ”ın mükafatlandırılma mərasimi keçiriləcək.

 

Sportal.az xəbər verir ki, saat 20:50-də başlayacaq tədbir mətbuat nümayəndələri üçün açıq olacaq.

 

Mükafatlandırma mərasimi “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.

Xəbər xətti