Rəşad Sadıqov karyerasını başa vurdu - FOTOLAR

23:12 - 20 İyun 2020

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov futbolçu karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı futbolçu mükafatlandırma mərasimində bu barədə məlumat verib: "Futbolçu kimi son mövsümüm idi. Bundan sonrakı fəaliyyətim haqda bu günə olan düşüncəm məşqçiliklə bağlıdır. Bu iş daha çox maraqlı gəlir. Məşqçi kimi karyeramı davam etdirəcəm".

 

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çempionluq kubokunu Azərbaycan futbolunun canlı əfsanəsinə təqdim edib. Sadıqov sonuncu çempionluq fotolarını təqdim edirik.

 

Şəkillər: PFL

 

Xəbər xətti