"Arsenal"da Leno şoku

11:27 - 24 İyun 2020

İngiltərə Premyer Liqasının 30-cu turunda “Brayton”la oyunda zədələnən “Arsenal”ın qapıçısı Bernd Lenonun durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, rəqib hücumçu Nil Mope ilə mübarizədə zədələnən 28 yaşlı qapıçı 4-6 həftəlik sıradan çıxıb.

 

Almaniyalı qolkiper bu mövsüm Premyer Liqada 30 oyun keçirib.

Xəbər xətti