Tural Axundov: “Keşlə”dən təklif gələn kimi qəbul etdim”

13:22 - 25 İyun 2020

"Keşlə"nin yeni transferi Tural Axundov klubun saytına verdiyi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı müdafiəçi növbəti mövsüm üçün hədəflərini açıqlayıb:


“Keşlə”dən təklif gələn kimi məmnuniyyətlə qəbul etdim. Bu keçid baş tutduğu üçün çox şadam. Yeni klubda oynamaq, Avropa Liqasında iştirak etmək bir sınaqdır və özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. “Keşlə” medallar uğrunda mübarizə aparır və inanıram ki, növbəti mövsüm də uğurlu çıxışımızı davam etdirəcəyik”.

 

Axundov "Neftçi"dən ayrıldıqdan sonra "Keşlə"yə keçib.

 

Xəbər xətti