"Liverpul" çempion oldu!

01:09 - 26 İyun 2020

İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Liverpul" 30 ildən sonra ilk dəfə çempionatın qalibi olub.

 

"Qırmızılar"ın ən yaxın izləyicisi "Mançester Siti" 31-ci turda səfərdə “Çelsi”yə 1:2 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra "şəhərlilər"in mersisaydlılara çatmayacağı dəqiqləşib.

 

Sona 7 tur qalmış çempion olan "Liverpul" sonuncu dəfə 1989/90 mövsümündə qalib olmuşdu. "Liverpul" ümumilikdə 19-cu dəfə İngiltərə çempionu olub.

Xəbər xətti