Fransada kubokun finalları keçiriləcək

16:47 - 27 İyun 2020

Fransada ölkə və liqa kubokunun final matçları keçiriləcək.

 

Sportal.az xəbər verir ki, federasiyanın yaydığı məlumata əsasən, ölkə kubokunun finalı iyulun 24-də baş tutacaq. Həlledici matçda PSJ və "Sent-Etyen" qarşılaşacaq.

 

İyulun 31-i isə liqa kubokunun finalında PSJ "Lion"la qarşılaşacaq.

 

Fransada ölkə çempionatının 2019/20 mövsümü koronavirusa görə ləğv edilmişdi. Yeni futbol mövsümü avqustun 23-ü başlayacaq.

Xəbər xətti