"Ştutqart" Bundesliqaya qayıtdı, "Fortuna" aşağı liqada

11:05 - 29 İyun 2020

Almaniyayada I və II Bundesliqada mövsümə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Paderborn" və "Fortuna" klubları Bundesliqa ilə vidalaşıblar. Hər iki klub növbəti mövsümdən II Bundesliqada mübarizə aparacaqlar.

 

II Bundesliqanın qalibi "Arminiya" və 2-ci yerin sahibi "Ştutqart" isə yüksək liqaya vəsiqə qazanıblar.

 

Bundesliqada 16-ci yeri tutmuş "Verder" II Bundesliqada 3-cü olmuş "Haydenhaym" ilə pley-out matçları keçirəcək. Cütün qalibi Bundesliqada mübarizə aparacaq.

Xəbər xətti