"Liverpul"un əfsanəsi Avstraliya klubundan ayrıldı

16:58 - 29 İyun 2020

"Liverpul"un əfsanəvi futbolçusu Robbi Fauler Avstraliyanın "Brisbeyn Roar" klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, keçmiş ingilis hücumçu koronavirus pandemiyasına görə Avstraliya qitəsinə qayıtmayacaq. Bu barədə klubun saytı məlumat yayıb.

 

45 yaşlı mütəxəssis 2019-cu il aprelində qitə klubunda fəaliyyətə başlamışdı. Fauler daha öncə 2011/12 mövsümündə Tailandın "Muanqtonq Yunayted" klubunu çalışdırıb.

Xəbər xətti