İbrahimoviç "Milan"dan ayrılır - yeni klubu müəyyənləşdi

Mövsümün sonunda "Milan"la müqaviləsi başa çatacaq Zlatan İbrahimoviç karyerasını İsveçdə davam etdirə bilər.

 

Sportal.az "Sky Sport"a istinadla xəbər verir ki, isveçli hücumçu "Milan"la müqaviləsini uzatmamağa qərar verib. Təcrübəli futbolçu səhmlərinin bir hissəsinə sahib olduğu "Hammarbü" klubuna keçəcək.

 

Daha öncə "ağ-yaşıllar"ın idman direktoru Yesper Yansson ulduz futbolçunun transferinin mümkün olduğunu açıqlamışdı. İbrahimoviç koronavirusa görə elan olunan karantin günlərində "Hammarbü"də məşq etmişdi.

 

38 yaşlı futbolçu bu mövsüm "Milan"da 11 oyun keçirib, 4 qol vurub, 1 assist edib.

Tarix: 3 İyul [12:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Avqust 2020
11  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio