"Arsenal" Martinellinin müqaviləsini uzatdı

00:25 - 4 İyul 2020

"Arsenal"da yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi braziliyalı hücumçusu Qabriel Martinellinin sözləşməsini uzadıb. 19 yaşlı futbolçu ilə uzun müddətli müqavilə imzalanıb.

 

"Arsenal" Martinellini 2019-cu ilin yayında Braziliyanın "İtuano" klubundan 6,7 milyon avroya transfer edib. O, bu mövsüm 26 oyunda 10 qol vurub, 4 assist edib.

 

Xəbər xətti