Xəlil Altıntop "Bayern"də

Türkiyə millisinin keçmiş üzvü Xəlil Altıntop "Bayern"in akademiyasında çalışacaq.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı veteran futbolçu Münhen klubunun U-16 komandasında köməkçi məşqçi kimi fəaliyyət göstərəcək. O, Aleksander Moyun köməkçisi təyin edilib.

 

Altıntop 5-ci liqa təmsilçisi "Şvaben Auqsburq"u çalışdırırdı. O, ötən 2018/19 mövsümündə "Ştutqart"da məşqçi kimi işləyib.

 

Veteran futbolçu Almaniyanın "Kayzerslautern", "Şalke", "Ayntraxt" və "Auqsburq" kimi klublarında çıxış edib. Onun qardaşı Həmid Altıntop 2007-2011-ci illərdə "Bayern"də oynayıb. Həmid hazırda Türkiyə Futbol Federasiyasında idarə heyətinin üzvüdür.

Tarix: 4 İyul [00:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Avqust 2020
13  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio