İranlı hücumçu "Benfika"ya keçir

16:27 - 4 İyul 2020

"Benfika" "Riu Ave"nin hücumçusu Mehdi Taremini transfer etməyə hazırlaşır.

 

Sportal.az "Record" nəşrinə istinadla xəbər verir ki, Lissabon təmsilçisi bu keçidi 10 milyon avroya tamamlayacaq.

 

İran millisinin üzvü bu mövsüm Portuqaliya klubunda 29 oyun keçirib, 15 qol vurub və 5 assist edib. Mehdi 2019-cu ilin yayında Qətərin "Əl-Qərəfə" klubundan ayrıldıqdan sonra "Riu Ave"yə keçmişdi.

Xəbər xətti