İbrahimoviç: "Mövsümün əvvəlində "Milan"da olsaydım, çempion ola bilərdik"

14:50 - 8 İyul 2020

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı hücumçu A Seriyasının 31-ci turunda "Yuventus"a 4:2 hesabı ilə qalib gəldikləri matçdan sonra iddialı fikirlər səsləndirib:

 

"Düzdür, yaşım çoxdur, ancaq bu, rəqəmdir. Özümü yaxşı hiss edir və komanda üçün əlimdən gələni edirəm. Əvvəlki kimi olmasam da, meydanda ağıllıyam. "Milan"a talisman kimi deyil, meydana çıxıb, komandaya fayda vermək üçün gəlmişəm. Əgər mövsümün əvvəlində "Milan"da olsaydım, çempion da ola bilərdik. Mən "Milan"da prezident, baş məşqçi və həm də futbolçuyam. Ancaq mənfi tərəfi budur ki, mənə yalnız futbolçu maaşı ödənilir. Növbəti mövsüm "Milan"da olacağam? Hələ mövsüm bitməyib, son oyunlardan zövq almaq istəyirəm. Milanda rahatam".

 

İbrahimoviç qış fasiləsində "Milan"a keçib. İsveçli hücumçu "qırmızı-qaralar"da 13 oyun keçirib, 6 qol vurub və 3 assist edib.

Xəbər xətti