Aleksey İsayev "Sabah"da - RƏSMİ

12:12 - 9 İyul 2020

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "Sumqayıt"dan ayrılan Aleksey İsayev bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. 24 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb.

 

İsayev karyerası ərzində Rusiyanın “Yenisey” (2014-17, 2017/18) və “Zenit-2” (2016/17) klublarında çıxış edib. Azərbaycan millisinə də dəvət almış futbolçunun son komandası “Sumqayıt” (2018-2020) olub.

 

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah”, daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev və Slavik Alxasovu heyətinə cəlb edib.

Xəbər xətti