Azərbaycanda yeni mövsüm nə vaxt başlayacaq?

23:45 - 10 İyul 2020

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün başlama vaxtı müəyyənləşib. Sportal.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin (İK) üzvü İsgəndər Cavadov məlumat verib.

 

Onun sözlərinə görə, İK-nın bugünkü iclasında AFFA prezidenti Rövnəq Abdullayev çempionatın avqustun ortalarında başlanılmasına tapşırıq verib: "İnşallah, yeni çempionatımız avqustun ortasında başlayacaq. Bu məsələ müzakirə olunaraq belə qərara gəlindi. Koronavirus pandemiyasına görə klubların hazırda Azərbaycandan kənarda olan legionerləri - məşqçiləri və futbolçuları geri qayıtmalıdı. Buna görə tarixin avqustun ortasında olması daha məqsədəuyğun sayıldı. Klublarımız avrokuboklarda və milli komandamız Millətlər Liqasında çıxışlarına başlayanadək yeni çempionatın startı nəzərdə tutulub".

 

Avrokuboklardakı təmsilçilərimiz üçün Nazirlər Kabineti yanında Operativ Qərargahdan rəsmən icazə artıq alınıb.

 

Son mövsüm iyunun 18-də məhz İK-nın qərarıyla koronavirus pandemiyasına yarımçıq dayandırılıb (sport24.az).

Xəbər xətti