"Mançester Siti" Qvardiolaya yeni müqavilə təklif edir

16:25 - 14 İyul 2020

"Mançester Siti" baş məşqçisi Pep Qvardiolanın müqaviləsini uzatmaq istəyir.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər" 49 yaşlı mütəxəssisə yeni sözləşmə təklif etməyə hazırlaşır.

 

Klubun UEFA-dan aldığı cəzanın ləğv edilməsindən sonra ispaniyalı mütəxəssisin Mançester təmsilçisində qalacağı bildirilir. Qvardiolanın sözləşməsi 2021-ci ilin iyununda başa çatacaq.

Xəbər xətti