"Benfika"da yenidən Jezuş dönəmi

12:26 - 18 İyul 2020

Portuqaliyanın “Benfika” klubunun yeni baş məşqçisi məlum olub.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Lissabon təmsilçisi Braziliyanın "Flamenqo" klubunun çalışdırıcısı Jorje Jezuşun baş məşqçi təyin ediləcəyini açıqlayıb. Klub 66 yaşlı mütəxəssislə razılığa gəldiyini bəyan edib.

 

Jezuşun Rio-de-Janeyro təmsilçisi ilə 2021-ci ilin yayına qədər müqaviləsi var. O, sözləşməsini ləğv etmək üçün klubla danışıq aparır.

 

Portuqaliyalı mütəxəssis daha öncə 2009-2015-ci illərdə "Benfika"nı çalışdırıb.

Xəbər xətti