"Səbail"dən ayrılacağı dəqiqləşdi

10:45 - 20 İyul 2020

"Səbail"də növbəti ayrılıq baş verib.

 

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi Eriko da Silva "dənizçilər"i tərk edib. 31 yaşlı futbolçunun başa çatan müqaviləsi uzadılmayıb.

 

Eriko paytaxt klubunda keçirdiyi 12 oyunda 1 qol vurub.

 

Daha öncə Maykl Essyen, Şəhriyar Rəhimov, Eltun Yaqublu, Vüqar Bəybalayev və Fəhmin Muradbəyli "Səbail"i tərk etmişdi.

Xəbər xətti