"Napoli" nigeriyalı hücumçunu transfer etdi

18:18 - 31 İyul 2020

"Napoli" "Lill"in hücumçusu Viktor Osimheni transfer edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Neapol təmsilçisi 21 yaşlı forvardla 5 illik müqavilə imzalayıb. "Napoli" nigeriyalı futbolçunun keçidi üçün 50 milyon avrosundan keçib. Bundan əlavə, daha 10 milyon bonuslar şəklində ödəniləcək.

 

Osimhen ötən mövsüm 38 oyunda 18 qol vurub, 6 assist edib.

Xəbər xətti