"Mançester Siti" ikinci transferini açıqladı

22:22 - 5 Avqust 2020

"Mançester Siti" "Bornmut"un müdafiəçisi Natan Akeni transfer edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "şəhərlilər" niderlandlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Mançester təmsiçisi 25 yaşlı oyunçunun keçidi üçün 45 milyon avro təzminat ödəyib

 

"Bornmut" mərkəz müdafiəçisini 2017-ci ildə "Çelsi"dən 22,8 milyon avroya transfer edib. Niderland millisinin üzvü başa çatan mövsüm Premyer Liqada keçirdiyi 29 oyunda 2 qol vurub, 2 assist edib.

 

"Mançester Siti" daha öncə "Valensiya"nın vingeri Ferran Torresi 23 milyon avroya transfer etmişdi.

Xəbər xətti