Qətər klubu Kasorlanı təqdim etdi

23:23 - 6 Avqust 2020

"Vilyarreal"dan ayrılan Santi Kasorla karyerasını Qətərdə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, İspaniya millisinin keçmiş üzvü "Əl-Sədd" klubuna keçib. Klub 35 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzaladığını açıqlayıb.

 

"Əl-Sədd"i İspaniya millisi və "Barselona"nın keçmiş futbolçusu Xavi çalışdırır.

 

Kasorla ötən mövsüm La Liqada keçirdiyi 35 oyunda 11 qol vurub, 10 assist edib.

Xəbər xətti