Van der Vil Erediviziyaya döndü

23:41 - 6 Avqust 2020

Niderland millisinin keçmiş futbolçusu Qreqori Van der Vilin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. Sağ cinah müdafiəçisi Erediviziya təmsilçisi "Valveyk"ə keçib. Klub müqavilə şərtlərini açıqlamayıb.

 

Niderlandlı oyunçunun son klubu MLS təmsilçisi "Toronto" olub. "Ayaks"ın yetirməsi PSJ, "Fənərbaxça" və "Kalyari"də də çıxış edib.

Xəbər xətti