Zidan: "Beyl "Mançester Siti"yə qarşı oynamaq istəmədi"

"Real"ın baş məşqçisi Zinəddin Zidan Qaret Beylin Çempionlar Liqasında "Mançester Siti" ilə keçiriləcək oyunun iştirak ərizəsinə salınmamasından danışıb.

 

Sportal.az xəbər verir ki, fransalı mütəxəssis uelsli futbolçunun istəyinə görə belə qərar verdiklərini deyib:

 

"Beyl bu matçda oynamaq istəmədi. Artıq digər məsələlər mən və onun arasındadır. Mənə oynamaq istəmədiyini dedi. Bu, sizə deyəcəyim yeganə cümlədir. Bütün futbolçular oyuna hazırdır və yalnız qarşılaşmanı düşünürük. Beylin gələcəyi? Bilmirəm, ancaq hazırda bizim futbolçudur".

 

31 yaşlı vinger bu mövsüm keçirdiyi 20 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Tarix: 7 Avqust [12:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Sentyabr 2020
18  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio