Qvardiola: "Beyli yox, Çempionlar Liqasını istəyirik"

Çempionlar Liqasının 1/8 finalında "Real"ı mübarizədən kənarlaşdıran "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis turnirin qalibi olmaq istədiklərini bildirib:

 

"Zinəddin Zidan pley-off oyunlarında uduzmurdu. Biz bunu bacardıq və "Real"ı yendik. Artıq Çempionlar Liqasını qazanmaq istəyirik. Yaxşı addım atdıq, ancaq özümüzü yetərli hesab etsək, məğlub olarıq. Hələ səhvlərimiz var".

 

49 yaşlı mütəxəssis "Real"ın futbolçusu Qaret Beyllə maraqlanmadıqlarını deyib: "Beyl? Onunla maraqlanmırıq".

 

"Mançester Siti" 1/4 finalda "Lion"la qarşılaşacaq.

Tarix: 8 Avqust [15:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Sentyabr 2020
27  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio