"Qarabağ" favoritdir, ancaq 90 dəqiqədə hər şey mümkündür" - "Sileks"in hücumçusu

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Şimali Makedoniyanın "Sileks" klubunun hücumçusu Stefan Curiç Sportal.az-a açıqlama verib.

 

25 yaşlı futbolçu "Qarabağ"ı cütün favoriti hesab edir:

 

"Fikrimcə, maraqlı oyun olacaq. "Qarabağ" çox böyük klubdur və bu matçda favorit olacaqlar. Ancaq nə baş verəcəyini birgə görəcəyik. "Qarabağ"ın ötən mövsüm Avropa Liqasındakı matçlarını izləmişdim. Çox böyük klubdur. Rəqibimiz əla təşkilatlanmış komandadır. Lakin 90 dəqiqədə hər şey mümkündür. Nə olacağını yaşayacağıq".

 

1-ci təsnifat mərhələsinin oyunları avqustun 18-19-da keçiriləcək. "Qarabağ" "Sileks"i Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Tarix: 10 Avqust [10:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2020
19  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio