"Liverpul" yeni transferini açıqladı

22:44 - 10 Avqust 2020

"Liverpul" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "qırmızılar" Yunanıstan "Olimpiakos" klubunun sol cinah müdafiəçisi Kostas Çimikası transfer edib. Mersisaydlılar yunanıstanlı futbolçu ilə uzun müddətli müqavilə bağlyıb.

 

Premyer Liqa çempionu bu keçid üçün Afina təmsilçisinə 11,75 milyon funt-sterlinq təzminat ödəyib.

 

Yunanıstan millisinin üzvü 2014-cü ildən "Olimpiakos"da çıxış edirdi. O, ötən mövsüm keçirdiyi 46 oyunda 7 məhsuldar ötürmə edib.

Xəbər xətti