Orduya dəstək yürüşündə saxlanılan məşqçidən son xəbər - aclıq aksiyasına başladı

16:00 - 14 Avqust 2020

İyulun 15-də orduya dəstək yürüşü zamanı həbs olunan futbol məşqçisi Mehdi İbrahimovun qardaşı Turan İbrahim sosial şəbəkədə narahatlığını ifadə edib.

 

Sportal.az xəbər verir ki, o, gənc məşqçinin aclıq aksiyası keçirdiyini qeyd edib:

 

"Mehdi İbrahimov artıq üç həftədən artıqdır ki, vəkili və yaxınları ilə görüşdürülmür. Bu müddət ərzində o, cəmi bircə dəfə bir dəqiqədən az müddətə anamla əlaqə saxlayıb. Mehdi artıq beş gündür ki, bu ədalətsizliyə, haqsız həbsinə etiraz olaraq aclıq aksiyası keçirir. Onu tələbi bəllidir. Vəkili ilə görüşmək istəyir. Mehdi Ombdusmanla görüşdə bildirib ki, barəsində aparılan istintaqın gedişindən narazıdır və bu səbəbdən yemək qəbulundan imtina edir. Mehdi eyni zamanda, səhhətindən şikayətlənib".

 

Mehdi İbrahimovu dəstək yürüşündən sonra - səhərə yaxın polislər saxlayıb və 38-ci polis bölməsinə aparıblar. Məşqçiyə Cinayət Məcəlləsinin 139.1.1 maddəsi ilə iş açılıb, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti