Adı "Qarabağ"la hallanan futbolçu "Fənərbaxça"dan ayrıldı

16:16 - 22 Avqust 2020

Ötən mövsümün qış fasiləsində adı "Qarabağ"la hallanan Alper Potuk "Fənərbaxça"dan ayrılıb.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Alper 2013-cü ildən İstanbul klubunda çıxış edirdi. Türkiyə millisinin keçmiş üzvü son 2 mövsüm Super Liqada 13 oyun keçirib.

Xəbər xətti