"Neftçi"nin yubiley qələbəsi

11:18 - 24 Avqust 2020

“Neftçi” Azərbaycan çempionatlarında 250-ci ev qələbəsini qazanıb.

 

Sportal.az PFL-ə istinadla xəbər verir ki, bu, Premyer Liqada 2020/2021 mövsümünün I turuna təsadüf edib. Öz meydanında “Səbail”ə 2:1 hesabı ilə qalib gələn Bakı klubu yubiley qələbəsinə sevinib. 1992-ci ildən keçirilən çempionatlardakı 250-ci uğur 394-cü matçda qeydə alınıb.

 

Paytaxt təmsilçisi yarışın tarixində ən çox ev qələbəsi qazanan ikinci komandadır. Yalnız “Qarabağ” daha çox – 265 dəfə doğma meydandan qalib ayrılıb.

 

“Neftçi”nin Azərbaycan çempionatlarındakı ilk ev qələbəsi 1992-ci il mövsümünə təsadüf edib. “Ağ-qaralar” mayın 8-də Sumqayıt “Xəzər”inə 1:0 hesabı ilə qalib gəlib.

Xəbər xətti