"Fənərbaxça"da daha bir transfer

12:12 - 26 Avqust 2020

"Fənərbaxça" növbəti transferini bitirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Meksikanın "Tiqres" klubundan ayrılan ekvadorlu vinger Enner Valensiya ilə anlaşıb.

 

30 yaşlı futbolçu bu gün Türkiyəyə gəlib, tibbi müayinədən keçəcək. Valensiya ilə 2 illik müqavilə imzalanacaq.

 

Ekvador millisinin üzvü ötən mövsüm "Tiqres"də keçirdiyi 29 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib. Valensiya İngiltərənin "Vest Hem" və "Everton" klublarında da çıxış edib.

Xəbər xətti